Bayıldakı sürüşmə sahəsinin üzərinə çıxmaq qorxuludur



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Teleqüllə sürüşmə sahəsi kimi tanınan Bayıl yamacındakı
sürüşmədə aktivlik adi gözlə müşahidə edilməsə də, ərazidə vəziyyət
gərgin olaraq qalır.

Bu barədə Publika.az-a Ekologiya və Təbii
Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin
geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat
verib.

Ə.Qaralov bildirib ki, hazırda sürüşmə baş verən sahələrin
üzərinə çıxmaq qorxuludur:

“Əməkdaşlarımız gündəlik ərazidə olur, bu gün mən də sürüşmə baş
verən ərazidə oldum. Adi gözlə sürüşmə sahəsində ciddi dəyişiklik
qeydə alınmır. Lakin dərin qatlarda sürüşmənin sakitləşdiyini də
deyə bilmərik. Ona görə də ərazidə yaşamaq təhlükəlidir. Sürüşmənin
konturları daxilində 106 evin olması barədə məluat hazırlayıb
aidiyyəti qurumlara təqdim etmişik. Mətbuatdan oxuduqlarımıza görə
artıq həmin ailələrlə bağlı tədbirlər görülür”.

Ə.Qaralov sürüşmə sahəsində monitorinqlərin davam etdiyini
bildirib:

“Sürüşmə sahəsindən aralıq hesabatı Nazirlər Kabinetinə təqdim
etmişik. Monitorinqlərimiz davam edir. Ərazidə bərkitmə işlərini
isə Fövqəladə Hallar Nazirliyi icra edəcək”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp