Bayıldakı evlərin 98 faizi sənədsizdir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bayıldakı sürüşmə sahəsindəki sakinlərin hansı müddətdə
kirayədə yaşayacaqlarının da mütəxəssis rəyindən sonra
bilinəcək.

Publika.az xəbər verir ki, bu sözləri 163 №-li
orta məktəbdə Səbail Rayon İcra Hakimiyyəti başçısı Eldar
Əzizov
Bayılda yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar
Cənub Dərə yaşayış sahəsindəm müvəqqəti köçürülən vətəndaşlarla
keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, bu gündən kirayə haqları verilməyə
başlanılıb. İlkin mərhələdə 67 nəfər kirayə pulu alacaq:

“Birdəfəlik kompensasiya məsələsinə isə baxılır. Sakinlərin nə
qədər kirayədə qalması prosesdən asılıdır. Alimlər işləyir, onlar
araşdırma aparandan sonra hansı evin təhlükəli zonada yerləşdiyi
məlum olsa, ona kompensasiya veriləcək. Hansı ev zonadan kənarda
olsa, sakinlərə həmin evə qayıdıb yaşamağa icazə verilsə, onlar
geri qayıdacaq”.

E.Əzizov son günlərdə yamacda baş verən prosseslər, yerli və
xarici mütəxəssislər tərəfindən aparılan araşdırmaların vəziyyəti,
mövcud şəraitdən çıxış yolları, burada görülən və görülməsi nəzərdə
tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat
verib:

“Sürüşmə təhlükəsi ilə bağlı ərazidən 93 fərdi evdə yaşayan
sakinlər köçürülüb. Onlarin bir qismi öz qohumlarının evlərinə,
digərləri isə 163 №-li orta məktəbdə yadılmış müvəqqəti sığınağaqda
yerləşdiriliblər. Fevralın 10-da həmin ərazidə 4 yaşayış evi tam,
2-si isə qismən dağılmışdır. Yalnız görülmüş tədbirlərin
nəticəsidir ki, burada xəsarət alan olmayıb. Rayon İcra Hakimiyyəti
tərəfindən ayrılmış nəqliqqat və işçi qüvvəsinin köməyi ilə
vətəndaşların əmlakı çıxarılaraq başqa yerlərə daşınıb. Ərazidən
köçürülən sakinlərin əmlakının qorunması üçün burada postlar
gücləndirilib. İcra Hakimiyyəti tərəfindən 163 №-li məktəbdə
yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait
yaradılıb”.

Eldar Əzizov qeyd edib ki, cənab Prezidentin siyasətinin
mərkəzində Azərbaycan vətəndaşı durur: “Sürüşmə ərazisindəki
evlərin 98 faizinin heç bir sənədi və qeydiyyatı olmayan qanunsuz
tikililərdir. Lakin buna baxmayaraq dövlət hər kəsə bərabər
münasibət göstərir. Onların problemlərinin həlli üçün müvafiq
tədbirlər görüləcəkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp