“Bəxt üzüyü 2” filmi izdiham yaşatdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yerli kinoteatrlarımızda izləmə rekordu qıran “Bəxt
üzüyü 2” filminin əsas qəhrəmanları kinosevərlərlə
görüşüb.

Publika.az xəbər verir ki, imza günü Park
Bulvar AVM-in Park Cinema kinoteatrında baş tutub. Tədbirdə filmin
baş prodüserləri eləcə də yeni obrazları, Əməkdar artistlər Tahir
və Cabir İmanov qardaşları ilə yanaşı hələ 27 il öncə yaratdıqları
“Söylü” və “Moşu” obrazları ilə “Bəxt üzüyü” filminin möhürünü
vuran, Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov da iştirak
edib.

Aktyorlarla görüşdə əsl izdiham yaşanıb. Tamaşaçılar “Söylü”,
“Moşu”, “Xoşbəxt” və “Fedot” xarakterlərindən imza almaq üçün növbə
gözləyib, xatirə şəkilləri də çəkdiriblər.

Elə film qədər də maraqla qarşılanan imza gününə A. Bəşirqızının
qatılması tamaşaçılar üçün ikiqat sevincə çevrilib. Hər kəs
saysız-hesabsız obrazların müəllifi, unudulmaz Bəşir Səfəroğlunun
xatirəsi olan Afaq xanımı yaxından görmək və sevgisini çatdırmaq
istəyib.

Tədbirin davamında tamaşaçılar qəhrəmanlarla birgə “Bəxt üzüyü
2” filmini izləyib.

Anşlaq yaşanan seansda aktyorlar ayaqüstə alqışlanıb.

Xatırladaq ki, qarşıda “Bəxt üzüyü 2” filminin növbəti imza
günləri keçiriləcək. Belə ki, 24 fevral saat 17:00-da Metro Park
TM-nin Park Cinema Kinoteatrında və 3 mart saat 13:00-da Quba Asan
Həyat Kompleksində yerləşən kinoteatrında əsas qəhrəmanlarla birgə
filmi izləmək imkanı olacaq.

Qeyd edək ki, “Planet Parni iz Baku” komandasının ərsəyə
gətirdiyi “Bəxt üzüyü 2” filmi xalq şairi Vagif Səmədoğlunun 80
illik yubileyinə həsr edilib. Ekran işində həmçinin xalq artisti
Rəfael Dadaşov, əməkdar artist Bəhram Bağırzadə, müğənni Firəngiz
Rəhimbəyova, aparıcı Fariz İlyasov, aktyorlar Duyğu Dəvəli və Emil
Musayev də rol alıb. Filmin ssenari müəllifləri Tahir İmanov,
Ələkbər Əliyev, Mütəllim Həsənov, Məmmədəli Kazımov, icraçı
prodüseri Mirsalam Mirsalamovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp