Bənövşəyi, portağal sarısı, zümrüd yaşılı: Moda mütəxəssisləri baharın əsas rənglərini açıqladı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Pantone Rəng İnstitutu 2018-ci ilin yaz və ay aylarının
ən aktual çalarlarını açıqlayıb.

Publika.az modapərəstləri qarşıdan gələn
mövsümün əsas rəngləriylə tanış edib.

Bənövşə və yasəmən tonları

Cəlbedici bənövşəyi 2018-ci ilin əsas rəngi seçilib. Etiraf
etmək lazımdır ki, sələfi yaşıldan fərqli olaraq bənövşəyi tonlar
hər kəsə yaraşır. O yeni kolleksiyalarda doğrudan da uğurla
istifadə edilib.

Kvezal yaşılı

Kvezal Cənubi Amerikada yaşayan və tünd yaşıl lələkləri olan quş
növüdür. Lakin Pantone bu rəngi təkcə kvezalın qanadlarının gözəl
lələkləri deyil, həm də nişanlısı Harri ilə efirə yaşıl paltarda
çıxan Meqan Markla görə seçib. Rəng təşkilatı hesab edir ki,
şahzadənin nişanlısının bu seçimi modapərəstlərin də qəlbinə və
qarderobuna yol tapacaq.

Qırmızı armud

Bu rəng şərab və albalı çalarının mürəkkəb birləşməsini
xatırladır. İqlim xüsusiyyətləri nəzərə alaraq bu rəngi ilin soyuq
aylarında təsəvvür etmək daha asandır. Yeri gəlmişkən tünd qırmızı
zamşa gödəkçələr, ayaqqabı və həcmli sviterlər yaya qədər
qarderoblarda öz mühüm yerini tutacaq.

Zəfəran ləçəyi

Çox gözəl və zərif rəngdir, xüsusilə aksessuarlarda daha
effektli görünür. Məsələn, günəşdən qoruyucu eynək, ayaqqabı,
çantalar və qeyri-adi dabanlı zamşa ayaqqabı.

Səhnə işığı

Sarı rəng dərhal isti və qayğısız yay haqqında xatirələr oyadır:
Günəş, qızıl qum, şəffaf qədəhdə limonad və həyatın digər
sevincləri…

Martinidə Zeytun

Solğun zeytun çaları siyahıda favoritlərdən biridir. Bu, nə
haki, nə əsgər yaşılı, nə də bataqlıq rəngidir. Məhz bu mürəkkəblik
özünə qarşı maraq oyadır. Çalar zamşa materialda son dərəcə gözəl
görünür, həm də safari üslubu çərçivəsinə mükəmməl uyğunluq təşkil
edir.

Portağal narıncısı

Narıncı rəng 2018 ilin vacib trendi olmağı vəd edir. Onu digər
çalarlarla çox ehtiyatla birləşdirmək lazımdır. Biz çox nəzərə
çarpan rəngi qeyri-adi aksessuarlarda, ayaqqabı və ya çantalarda, o
cümlədən düz kəsimlərdə istifadə etməyi məsləhət görürük.

Duman göyü

Stilistlər hesab edir ki, inanılmaz dərəcədə gözəl olan “dumanlı
göyün” payız siyahısına daxil edilməsi qərarı ali ədalətsizlikdir.
Bir az peyğəmbərçiçəyinin ləçəklərinə yaxın olan bu rəng yaz
aylarında da xoş təsir bağışlaya bilir. Odur ki, aprelin
ortalarından avqustun sonunadək onu dəniz sahilində həm gecə, həm
də gündüz geyinmək olar.

Cəsarətli qırmızı

Qırmızı onsuz da özlüyündə kifayət qədər cəsarətli və məğrur
rəngdir. Onu yalnız özünə inamlı insanlar geyinir. Amma “Pantone” o
qədər parlaq rəng təklif edib ki, onu cəsarətli adlandırmağa qərar
verib. Odur ki, bu yaz utancaqlığa meydan oxuyuruq və qarderobu
qırmızı ilə rövqləndiririk. Belə geyimlərdə sizdən göz çəkmək
mümkün olmayacaq.

Seylon sarısı

Solğun sarı zamşa stilettolarda, sviterlərdə və nazik platolarda
yaxşı görünür. Onun mavi zolaqlı naxışla vəhdəti də hər zaman
ecazkar alınır.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp