Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas
Ələsgərov vəfat edib.

A.Ələsgərov dünən axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, A.Ələsgərov 1937-ci ilin dekabrın 13-də Bakıda
anadan olub. A.Ələsgərov əmək fəaliyyətinə Azərbaycan SSR Xalq
Təsərrüfatı Şurasının “Təchizat və satışı” Respublika Kontoru
“Sovnarxozmaşsnabsbıt”nın mühəndisi kimi başlayıb.

Daha sonra o, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının
İxtisaslaşdırılmış “Tikinti mexanizasiyası sənayesi” trestində
mühəndis, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı
tikinti şöbəsinin mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti
Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest
“Orqtexstroy”, layihənin baş mühəndisi, şöbə müdiri, trestin baş
mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li
Trestinin 42 №-li Tikinti İdarəsinin baş mühəndisi, SSRİ Dövlət
Tikinti Komitəsinin “Azərdövlətsənayelayihə” İnstitutunun baş
mühəndisinin müavini, “Bakıbaştikinti”nin Layihə – Konstruktor
Texnoloji Bürosunun direktoru, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı
Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışıb.

A.Ələsgərov 2007-ci ildən Azərbaycan Respublikası Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin sədri idi.

Xatırladaq ki, A.Ələsgərov Azərbaycan Memarlar İttifaqının sədri
olub, “Şərəf Nişanı” ordeni, “Xalqlar Dostluğu” ordeni, “Şöhrət”
ordeni ilə təltif olunub, 1987-ci ildə “Azərbaycanın əməkdar
mühəndisi və 2007-ci ildə “Azərbaycanın əməkdar memarı” fəxri
adları verilib.

Allah rəhmət eləsin! (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp