Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev “Bakı–Quba–Rusiya Federasiyası
ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı
tədbirlər haqqında” Sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə
dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən
başlayaraq tikilməsi məqsədi ilə “Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Prezidentin
2017-ci il 25 dekabr tarixli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində
nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinə 150 milyon manat ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp