Ancelina Coli qırmızı xalçada göz qamaşdırdı – FOTO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Dünən Londonda, “Royal Albert Hall” zalında BAFTA-2018
Britaniya Film və Televiziya İncəsənəti Akademiyası mükafatlarının
təqdimetmə mərasimi baş tutub.

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, gecənin ən gözlənilən qonağı Ancelina Coli olub. Kino
aktrisasının qırmızı xalçada görünməsi sözün əsl mənasında hadisə
olub. Yüzlərlə kamera ulduzun qüsursuz obrazının görüntülərini
çəkməyə can atıb. Aktrisanın geyimi dəb tənqidçiləri və instaqram
abunəçiləri tərəfindən yüksək balla qiymətəndirilib.

Coli tədbir üçün ən çox sevdiyi “Ralph & Russo” moda evindən
qara zərif məxmər don seçib. O, çiyni açıq paltarını iri qitməyli
sırğalarla tamamlayıb. Sadə makiyaja üstünlük verən Ancelina
saçlarını arxadan toppuz yığdırıb.

Məlum olub ki, Colinin stili üzərində məşhur stilistlərindən
biri Cennifer Reyd çalışıb. O, artıq bir neçə ildir ki, aktrisa ilə
işləyir. Stilistin sözlərinə görə, Ancelina adətən minimalizm və
klassikanı seçir, çünki onun üz cizgiləri kifayət qədər
gözəldir.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp