Almaniya ilə Türkiyə qarşı-qarşıya – Sabah bütün dünyanın GÖZÜ ORADA OLACAQ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sabah Çempionlar Liqası 1/8 final mərhələsi çərçivəsində
baş tutacaq “Bavariya”-“Beşiktaş” matçı böyük maraqla
gözlənilir.

Publika.az xəbər verir ki, 75 000 azarkeş
tutumu olan “Allianz” arenada keçiriləcək nəhəng qarşılaşmanın
artıq bütün biletləri satılıb. Oyun 120 ölkədə canlı yayımlanacaq
və 500 milyon futbolsevər tərəfindən izləniləcək.

Türkiyənin ÇL-də yeganə təmsilçisi olan “Beşiktaş”ın Almaniya
nəhəngi “Bavariya” ilə bu çətin mübarizədə şansı daha az
qiymətləndirilir. Amma təbii ki, hər şey iki oyunun nəticəsindən
sonra ortaya çıxacaq.

1/8 finalın növbəti oyunu isə iştirak etdikləri liqanın nəhəng
komandaları olan “Çelsi” və “Barselona” arasında baş tutacaq. Bu
qarşılaşma digər oyunla eyni saatda, lakin bir gün sonra “Stemford
Bric”də keçiriləcək. İki nəhəngin üzləşməsində isə favorit
“Barselona”dır.

Qeyd edək ki, “Çelsi”-“Barselona” oyununu türkiyəli hakim Cüneyt
Çakır idarə edəcək.

Çempionlar Liqası 1/8 final

“Bavariya” – “Beşiktaş”

“Allianz” Arena. Saat 23:45

***

“Çelsi” – “Barselona”

“Stemford Bric”. Saat 23:45

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp