21 yaşında 40 bacı-qardaşının olduğunu öyrəndi və…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın Orlando vilayətində yaşayan Kianni Arroyo adlı
gənc qadın 40 bacı-qardaşının olduğunu öyrənib.

Publika.az xəbər verir ki, sperma donoru
vasitəsilə dünyaya gələn 21 yaşlı Kianni “donor ata”nın daha 40
uşağı olduğunu öyrənib və onların hamısını internet vasitəsilə
axtarışa verib.

O, eyni atadan, ancaq fərqli analardan doğulan bacı-qardaşlarını
ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada tapıb. Hazırda ofisiant
kimi işləyən Kianni uşaqların ən böyüyüdür. Uşaqların ən kiçiyi isə
hələ 5 aylıqdır.

İlk olaraq 20 yaşlı bacısı Coannanı tapan Kianni onunla yaxşı
münasibət qurduqlarını və dost olduqlarını bildirib. Tapdığı 40
bacı-qardaşdan 30-u onunla görüşmək istədiyini deyib, ancaq 10-u
buna razı olmayıb. Kianni bacı-qardaşları ilə yanaşı, atasını da
tapmağı bacarıb və onunla zaman keçirməyin xoş olduğunu deyib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp