20 Yanvar hadisələrində əlil olmuş şəxslərin təqaüdü artırıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri
ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam
imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd
edilir ki, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil
olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp