Türkiyə və ABŞ-ın Suriya qərarı nə vəd edir?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə və ABŞ-ın Suriyada anlaşacağı ilə bağlı
birmənalı fikir söyləmək hələ çox tezdir.

Bu sözləri Axar.az-a açıqlmasında politoloq, millət vəkili
Rasim Musabəyov deyib.

“Hər halda, bu iki ölkə müttəfiq olsa da, Suriyada onların
mövqeləri xeyli toqquşur. Təbii ki, nə Türkiyə, nə də ABŞ bu
gərginliyin tərəflər arasındakı mütəffiqliyin pozulmasına qədər
getməsində maraqlıdır. Belə olan halda dialoqun aparılması
vacibdir. Tərəflər öz qırmızı xəttlərini göstərməlidir ki,
istənilməyən ssenarilər həyata keçməsin”, – deputat bildirib.

R.Musabəyov tərəflərin Suriyada onların gözləntilərini
qarşılayacaq mexanizmlərin hazırlanması barədə qərarına da aydınlıq
gətirib:

“Türkiyənin Suriyada qoşunları var. Eyni zamanda, Amerikanın da
kürdlərin olduğu ərazilərdə koalisiyası mövcuddur. “Mexanizmlər
qurulmalıdır” dedikdə, ilk növbədə söhbət hansısa şəkildə rabitə
əlaqəsinin qurulmasından və bu fonda bölgədə toqquşma risklərinin
minimuma endirilməsindən gedir”.

Türkiyə Suriyada ABŞ-la anlaşarsa, buna Rusiyanın reaksiyasına
gəlincə, deputat Ankara və Moskva arasında bu istiqamətdə mümkün
gərginliyi istisna edib:

“Türkiyənin ABŞ-la ayrı, Rusiya ilə tamamilə fərqli
münasibətləri var”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillerson fevralın 15-də
Türkiyəyə ikigünlük səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp