Saakaşvili tərəfdarları Kiyevdə aksiyalara başladı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ukraynanın paytaxtı Kiyevdə Yeni Qüvvələr Hərəkatı
Partiyasının sədri Mixail Saakaşvili tərəfdarlarının kütləvi etiraz
aksiyaları başlayıb.

Teleqraf.com xəbər verir aksiya iştirakçıları Prezident Petro
Poroşenkonun istefasını və Ali Radaya yeni seçkilər keçirilməsini
tələb edirlər.

Ukrayna Milli Polisinin “Feysbuk” səhifəsində bildirilir ki,
hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətə nəzarət edirlər.
Paytaxt küçələrinə polis və Milli Qvardiyanın ümumilikdə 3 min
əməkdaşı çıxarılıb.

Kiyevin mərkəzində, həmçinin, kinoloqlar və partlayıcı maddələr
üzrə texniklər növbə çəkirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp