Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam
Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu
göndərib.
Publika.az xəbər verir ki, dövlətimizin başçısı İranda sərnişin
təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı
barədə xəbərdən olduqca kədərləndiyini bildirib.
Azərbaycan Prezidenti baş vermiş faciə ilə əlaqədar İran
Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran
xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə
başsağlığı verib.
Qeyd edək ki, bu gün səhər saatlarında Tehrandan Yasuc şəhərinə
uçan “Aseman Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi İsfahan
vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub.