Məşhur fəaldan şok: Mənə həccdə təcavüz edildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Təcavüzə məruz qalan qadınların sosial şəbəkələrdə
başlatdığı #MeToo hərəkatına müsəlman qadınlar da
qoşulub.

Axar.az xəbər verir ki, qadınlar başlarına
gələn zorakılıq aktlarını #MosqueMeToo etiketiylə sosial
şəbəkələrdə paylaşmağa başlayıblar. Bu paylaşımlarda onlar daha çox
həcc ziyarəti və İslam üçün müqəddəs olan digər məkanlarda
başlarına gələnləri anladıblar.

Pakistanda yaşayan bir qadının həcc ziyarəti zamanı başına
gələnləri Feysbukda danışmasından sonra bu etiketin yaradılmasına
təşəbbüs göstərilib. Qadın sonradan anlatdıqları ucbatından
ailəsindən təyziqlər gördüyü üçün Feysbuk hesabını qapadıb.

Etiket isə sosial şəbəkələrdə misirli fəal Mona Eltahavi
tərəfindən yaradılıb:

“1982-ci ildə həccdə təcavüzə məruz qaldım. Heç kimə anlada
bilmədim. Yaşadıqlarımı başqalarına anlatmağım lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp