“Keşlə” Gəncədən 3 xalla qayıdır
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turunda
“Kəpəz” klubu doğma meydanda “Keşlə”ni qəbul edib.
Publika.az xəbər verir ki, baş hakim Rəvan
Həmzəzadənin idarə etdiyi matçda qonaqlar minimal hesablı qələbə
qazanıblar. Görüşdə yeganə qolu matçın 51-ci dəqiqəsində Fuad
Bayramov ev sahiblərinin qapısından keçirib.
Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran “Keşlə”
klubu yeddinci pillədədir. “Kəpəz” isə 7 xalla sonuncu sırada
qərarlaşıb.
Turun sonuncu oyununda “Səbail” və “Qarabağ” klubları
qarşılaşırlar.