Gürcüstanda Azərbaycan vətəndaşı qətlə yetirildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Gürcüstanın Qurcaani bələdiyyəsinin Cimiti kəndində
yerləşən ferma ərazisində Azərbaycan vətəndaşı ov tüfəngi ilə qətlə
yetirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, silahlı insidentə
mübahisə səbəb olub. Qarın nahiyəsindən yaralanan Azərbaycan
vətəndaşı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək
mümkün olmayıb.

Qətli törətmiş şəxsin Azərbaycan vətəndaşının qohumu olduğu
bildirilir. O, hadisə yerindən qaçsa da, bir neçə saatdan sonra
saxlanılıb. Onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası
gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp