Futbol matçı zəlzələ səbəbindən dayandırıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Futbol üzrə Uels çempionatında “Port Tolbot” və “Taffs
Vell” komandaları arasında keçirilən matç zəlzələ səbəbindən bir
neçə dəqiqəlik dayandırılıb.
Publika.az xəbər verir ki, Britaniya Geoloji
Xidmətinin (BGS) məlumatına görə, 4,4 maqnituda gücündə zəlzələ son
10 ildə Krallıqda qeydə alınan ən güclü yeraltı təkan olub.
Port-Tolbot şəhəri episentrdən 20 kilometr məsafədə yerləşir. Təbii
fəlakət nəticəsində zərər çəkən olmayıb.
Dayandırıldıqdan sonra matç davam etdirilib və 2:1 hesabı ilə
“Port-Tolbot”un xeyrinə başa çatıb.