Fransada Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fevralın 16-da Azərbaycan Dostları Assosiasiyasının İcra
Şurası Fransanın Udan şəhərində növbəti iclasını
keçirib.

Assosiasiyadan Publika.az-a verilən məlumata
görə, iclas ADA-nın prezidenti, Fransa Milli Assambleyasının sabiq
üzvü, Jan Fransua Mansel və assosiasiyanın baş katibi Mirvari
Fətəliyevanın başçılığı ilə idarə olunub.

Sessiya zamanı Assosiasiyanın idarə heyətinin üzvlüyünə
namizədlərin siyahısı təqdim olunaraq yeni tərkibi təsdiq edilib.
Assosiyasiyanın prezidenti vəzifəsinə sabiq deputat Jan Fransua
Mansel, vitse prezidentlər YUNESCO-nun xoşməramlı səfiri Edva Ser,
tanınmış fransız bəstəkarı Pyer Tilua, yazıçı, jurnalist Jan Pyer
Alali və Mirvari Fətəliyeva isə baş katib vəzifəsinə 3 il müddətinə
seçilib.

Daha sonra assosiasiyanın cari il üçün nəzərdə tutulmuş proqram
və layihələrinin müzakirəsinə başlanılıb. Jan–Fransua Mansel iclas
iştirakçılarına Azərbaycan Demokratik Respublikasının yaranmasının
100 illiyi ilə əlaqədar olaraq 2018-ci ilin Azərbaycan tarixində
yadda qalan bir il olacağını bildirib. Bu əlamətdar tarixi
lazımınca qeyd etmək məqsədi ilə 2018-ci ildə ADA bir sıra
layihələr həyata keçirməyi nəzərdə tutur. Bu layihələr planı tədbir
çərçivəsində assosiasiya üzvlərinə təqdim edilib. O qeyd edib ki,
bu silsilə tədbirlər Azərbaycanın Fransada taninması və iki ölkə
arasında əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq.

Daha sonra Udan şəhərinin meri, ADA -nın üzvü, Jan-Mari Tetar
Assosiyasiya üzvlərini şəhər ilə tanış edərək, onun tarixi barədə
məlumat verib. ADA deleqasiyası şərəfinə Taneri qalereyasında
təşkil edilmiş ziyafətdə yerli siyasi və ictimai şəxsiyyətlərlə
tanışlıq zamanı Udan şəhəri ilə Azərbaycan arasında mədəni və
iqtisadi əlaqələrin qurulması barədə müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp