“Barselona” öz rekordunu təkrarladı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
“Barselona” futbolçuları La Liqanın 24-cü tur oyununda
“Eybar”ı məğlub edib və çempionatda məğlubiyyətsiz oyunlar seriyası
üzrə öz rekordunu təkrarlayıb.
Publika.az xəbər verir ki, “Eybar”a qarşı
keçirilən matç (2:0) “Barselona” üçün ardıcıl 31-ci məğlubiyyətsiz
oyun olub.
Kataloniya klubu sonuncu dəfə 2010/11-ci illər mövsümündə Xosep
Qvardiolanın rəhbərliyi altında bu qədər matçı uduzmayıb.
“Barselona” cari mövsümdə İspaniya çempionatının lideridir.
Komandanın 62 xalı var. Onları 10 xal geridə olan “Atletiko”
izləyir.