Bakıda qadını niyə tikə-tikə doğrayıb zibilliyə atdılar?



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda qadının öldürülməsi və meyitinin doğranaraq zibil
qutusuna atılması hadisəsi ilə bağlı maraqlı məqamlar üzə
çıxıb.

Publika.az lent.az-a istinadən xəbər verir ki, fevralın 16-da
saat 9 radələrində Binəqədi rayonu Azadlıq prospekti 28 ünvanının
qarşısındakı zibil qutusunda bədən hissələri tapılan 58 yaşlı
Lyubov Rəhimova ilə hadisəni törədən İrina Qorlova rəfiqə olub.

Bildirilir ki, Suraxanı rayonu Bülbülə qəsəbəsində hadisənin baş
verdiyi ev 50 yaşlı İrinaya məxsusdur və rəfiqəsi bir müddət imiş
ki, onunla birgə yaşayırmış. Onlar vaxtaşırı içki məclisləri təşkil
edirmiş və belə məclislərin birində rəfiqələr arasında dava düşüb.
Lyubovun onu söyməsindən əsəbiləşən İrina qab ilə onun başına zərbə
endirib. Rəfiqəsinin öldüyünü görən qadın onun meyitini balta ilə
doğrayaraq torbaya yığıb və taksi çağırıb. O, taksi ilə öldürdüyü
rəfiqəsinin meyitinin hissələrini Binəqədi rayonu Azadlıq
prospektinə gətirərək buradakı zibil qutusuna atıb.

Polis tərəfindən saxlanılan İrina Qorlova meyitin hissələrini
niyə Bülbülədən Azadlıq prospektinə gətirdiyini izah etməkdə
çətinlik çəkib və paytaxtda tək bu ərazidəki zibilliyi tanıdığını
deyib. Lakin sonradan məlum olub ki, Lyubov Rəhimova əvvəllər xeyli
vaxt bu ərazidə yaşayıb və İrina izi itirmək üçün onun meyitini
hissələri bölərək buraya gətirib.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp