“Bakı Metropoliteni” Rusiyadan iki metro qatarı alır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiyanın “Metrovaqonmaş” şirkəti Azərbaycana
“81-765/766” modelində 5 vaqondan ibarət iki metro qatarı
satacaq.

Bu barədə “Metrovaqonmaş” şirkətinin tərkibinə daxil olduğu
“Transmaşxoldinq” məlumat yayıb.

Vaqonların istismar müddəti 31 ildir. İlk qatarın Bakıya bu ilin
martında çatdırılması planlaşdırılıb. Müqavilə üzrə ikinci qatar da
2018-ci ildə Bakıya çatdırılmalıdır.

Qeyd edək ki, “Metrovaqonmaş” şirkəti 1967-ci ildən “Bakı
Metropoliteni” QSC-ni vaqonlarla təmin edir. Hazırda “Bakı
Metropoliteni”ndə bu şirkətin istehsalı olan 280 vaqon var. Sonuncu
dəfə Bakıya “81-760.B/761.B/763.B” modelində hər birində 5 vaqon
olmaqla, 3 qatar gətirilib. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp