Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik
edilib.
Qərar bu gün MSK-nın bu gün keçirilən iclasında qəbul
edilib.
Qərarda bildirilir: “Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara
alır:
Fəxrəddin Hümbət oğlu Namazov 30 saylı Suraxanı birinci, İlham
Xudaş oğlu Abdulov 79 saylı İmişli seçki dairəsi dairə seçki
komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.”