Ağdaşda AİLƏ FACİƏSİ – Maşın su kanalına düşdü, ata öldü, ana və övladı…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndi ərazisində
“Mercedes” markalı maşın su kanalına düşüb.

“Report”un məlumatına görə, Naxçıvan şəhər sakini olan Oruc
Hümmətzadənin idarə etdiyi “Mercedes” markalı avtomobil
idarəetmədən çıxaraq yol kənarındakı “Yenicə” adlı su kanalına
düşüb.

Hadisə yerinə daha yaxın olan Dövlət Yol Polisi əməkdaşları qəza
zamanı sürücünün maşında olan 1999-cu il təvəllüdlü həyat yoldaşı
Hümmətzadə Məsumə Bəhruz qızı və onun 6 aylıq övladını sudan
çıxardaraq xəstəxanaya aparıblar.

Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya
şöbəsinə yerləşdirilib. Onların hər ikisinin vəziyyəti ağırdır.
Sürücü Oruc Hümmətzadə sudan çıxarılsa da, onun həyatını xilas
etmək mümkün olmayıb.

Kanala düşən avtomobil hadisə yerinə cəlb olunan qaldırıcı kran
vasitəsi ilə sudan çıxarılıb.

Avtomobil Bakıdan Qazax istiqamətində hərəkətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp