Zakir Həsənovdan tapşırıq – Fevralın 26-da saat 17.00-da…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan
Ordusunda silsilə tədbirlər keçiriləcək.

Müdafiə Nazirliyindən Publika.aza verilən
məlumata görə, bununla bağlı nazir general-polkovnik Zakir Həsənov
tapşırıq verib.

Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar
Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi
təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı
“dəyirmi masa”ların, konfrans, toplantı və xüsusi məşğələlərin,
kitab, foto və rəsm sərgisinin təşkili, Həzi Aslanov adına Mərkəzi,
eləcə də Gəncə Qarnizonu Zabitlər evləri kollektivlərinin iştirakı
ilə faciəyə həsr olunan ədəbi-bədii kompozisiya və tamaşaların,
sənədli və bədii filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Xocalı soyqırımı qurbanlarının ailə üzvləri,
hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili,
həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü
uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış
abidələrin ziyarət olunması planlaşdırılıb.
Bundan əlavə, şəxsi heyət Bakı şəhərinin Xətai rayonunda, Goranboy
rayon mərkəzində və Ağcakənd qəsəbəsində, eləcə də respublikanın
digər şəhər və rayonlarında Xocalı soyqırımı qurbanlarının
xatirəsinə ucaldılmış abidələri ziyarət edəcəkdir.
Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan
bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi
təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp