Tillersonun Ankaraya verdiyi təklifin PƏRDƏARXASI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ PKK lideri Abdullah Öcalanı və Qəndil rəhbərliyini
silib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki,
bu sözləri ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyəyə “PYD PKK-ya
qarşı vuruşa bilər” təklifini şərh edən ehtiyatda olan türk
polkovnik Ünal Atabay deyib.

Atabayın sözlərinə görə, ABŞ Qəndilə uzun müddətdir rəhbərlik
edən heyəti silməyi və qruplaşmanın Suriya qolu olan, daha çox
yoxlamara məruz qalan YPG-nin daxilində yeni bir PKK-nın
yaradılmasını planlaşdırır. Ağ Ev bu planın ilk addımlarını hələ
oktyabr ayında ataraq Öcalanın “hörmətə layiq olmayan” şəxs
olduğunu açıqlayıb. Bu açıqlama Qəndil rəhbərliyi və Öcalanla
münasibətlərin davam etdirilməyəcəyi istiqamətində mesaj olub.

“YPG-nin PKK-ya qarşı döyüşdürülməsini sadəcə olaraq terror
qruplaşmasının rəhbərliyinə qarşı addım kimi qiymətləndirmək
lazımdır. Qruplaşmanı aradan qaldırmaq kimi bir niyyətləri
olmayacaq. Əksinə, 4 ölkədəki silahlı qrupların (HPG-Türkiyə,
YPG-Suriya, PJAK-İran, PÇDK-İraq) strukturu mühafizə edilərək YPG
nəzdində yeni ad altında yeni bir PKK yaradılması istənilir”, –
Atabay bildirib.

Atabay həmçinin Vaşinqtonun PKK üzərində nəzarəti YPG qədər
dərinləşdirə bilmədiyini və əməkdaşlıq edəcəyi yeni liderlər
axtardığını bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Reks Tillersonun YPG-PKK ilə
bağlı açıqlamasına cavab olaraq Türkiyə Menbiçdə birgə fəaliyyət
göstərməyi təklif etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp