Suriya ordusu Afrinə girdi – Türkiyə ilə dəhşətli döyüş BAŞLANIR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Suriya ordusu Türkiyənin “Zeytun budağı” əməliyyatı
keçirdiyi Afrinə daxil oldu.

Publika.az xəbər verir ki, bu iddia ilə “Al Mayadeen”
televiziyası çıxış edib.

Telekanalın bölgədəki müxbiri Suriya ordusunun PYD/YPG terror
təşkilatına Türkiyəyə qarşı müharibədə dəstək vermək üçün Afrinə
girdiyi xəbərini verib.

Qeyd edək ki, Rusiyanın rəsmi “RİA Novosti” agentliyi də Suriya
ordusunun yaxın günlərdə Afrinə girəcəyi xəbərini yaymışdı.

“Afrin bölgəsinin Türkiyə sərhədinə qədər olan ərazisi Şam
qüvvələrinin nəzarətinə veriləcək. Suriya ordusunun Afrini nəzarətə
götürməsi proesesi yaxın günlərdə başlanacaq”, – deyə xəbərdə
deyilirdi.

Asif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp