Sarkisyandan ŞOK ETİRAFLAR: “İlham Əliyev İrəvanı…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistanda tanınmış politoloq Manvel Sarkisyan ABŞ
kəşfiyyatının Dağlıq Qarabağda müharibə təhlükəsi haqda açıqlaması
və Azərbaycan Prezidenti İlham Əliyevin “İrəvan mesajı” haqda
maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, M.Sarkisyan Qarabağda
müharibənin olması ehtimalını istisna etmir.

Lakin o, daha çox ABŞ kəşfiyyatının məruzəsində Rusiya haqda
deyilənlərə diqqət çəkir.

“Məruzədə qeyd olunur ki, Qarabağda müharibə olarsa, Rusiya
müttəfiqi Ermənistanı dəstəkləməyə məcbur olacaq. Əslində burada
Rusiyaya mesaj göndərilir, daha doğrusu, Rusiyaya siyasi təzyiqdir.
Yəni Amerika “sabah sən hansısa addımlar atmağa məcbur olacaqsan”
mesajını verir. Bu bəyanat hazırda baş verən regional proseslər
fonunda diqqət çəkir. Xüsusilə Suriyada baş verənlər fonunda. Yəni,
Rusiyaya deyilir ki, daha da irəli getsən, sabah sərhədlərində
istəmədiyin hadisələr olacaq və sən məcbur olaraq bu prosesə
qoşulacaqsan”, – deyə o bildirib.

Sarkisyan hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin
“İrəvanı qaytaracağıq” mesajı təsadüfi deyildi: “Ermənistanda belə
mesajları anlamağa imkan verən strategiya yoxdur. Ona görə də
İrəvan Bakının mesajı qarşısında susur, özünü eşitməzliyə vurur.
Halbuki, Əliyevin bu mesajı heç də seçkiyə hesablanmayıb, ortada
Azərbaycanın gələcəyə hesablanmış ciddi strategiyası var. İlham
Əliyev dünyada baş verənləri yaxşı oxuya bilir. O görür ki, ABŞ
indi Rusiyaya açıq şəkildə təzyiq edir, rəqiblərini bir-bir vurur.
Bu situasiyadan istifadə edərək, Əliyev irəliyə doğru addım atır.
İrəvanda isə hər kəs masanın altında gizlənib susur”.

Asif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp