“Saçını xoruz pipiyinə bənzədir” – Kərim həmkarlarına söz atdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Həmin insanlar düşünmürlər ki, qalmaqala girəcəyimizə,
Kərimlə işimiz olmasın da. Kərim 2-3 günün Kərimi deyil axı.
Kərimin 37 yaşı var. Mən bu sənətdə dovşanı araba ilə tuturam.

Baxırsan sənət yox, danışıq, səhnə mədəniyyəti yox. Gündə saçını
xoruz pipiyinə bənzədir, gündə rənglətdirir. Gah deyir müğənni
deyiləm, gah deyir filankəsəm. Mənə lazım deyil söz atmaq. Axı sən
bilirsən ki, mən sənə necə cavab qaytara bilərəm. Ondansa mənə
dəymə!”

Publika.az xəbər verir ki, bu sözləri ARB
kanalında yayımlanan “Virtual Həyat” proqramında qonaq olan müğənni
Kərim Abbasov deyib.

Müğənni Kərim Abbasov nəhayət ki, bu həftə yeni işini 14
fevral ərmağanı olaraq təqdim edib:

“Klipi 14 fevral “Sevgililər günü”ndə təqdim etməyimin səbəbi o idi
ki, bu həyatda insanlar tanış olurlar. Sonra bu münasibət dostluğa
çevrilir. Həmin insanlar ailə qurub həyat yoldaşı olurlar. Bu klipi
təqdim etdim. Üzərindən bir neçə gün keçib artıq. Görürəm ki,
reaksiyalar yaxşıdır. İnsanların fikri xoşuma gəlir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp