Qida Təhlükəsizliyi Agentliyi məhsullar üzərində nəzarəti gücləndirəcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin
yaradılması məhsul üzərində onun hərəkəti boyunca nəzarəti həyata
keçirməyə imkan verəcək.

Publika.azın məlumatına görə, bunu
jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Nazir qeyd edib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin
olunması funksiyası bir neçə orqan arasında bölüşdürülmüşdü. Bu
orqanlardan hər biri işin müəyyən hissəsini yerinə yetirirdi ki, bu
da nəzarəti bütünlüklə təmin etməyə imkan vermirdi:

“Agentliyin yaradılması nəzarəti təkcə bir struktur çərçivəsində
təmin etməyə deyil, həm də məhsul üzərində tarladan son
istehlakçıya qədər hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan
verəcək”. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp