Qanunsuz ov edən şəxslərdən 42 silah götürüldü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3
oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və
davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli
Strategiya”nın icrası məqsədilə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin müvafiq əmri ilə Tədbirlər Planı təsdiq edilib və
müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu işçı qrup
yaradılıb və görülmüş işlər haqqında hesabat
hazırlanıb.

Bu barədə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi
Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən
məlumat verilib.

2017-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində
qanun pozuntu faktları ilə əlaqədar 1383 akt, 304 protokol tərtib
edilib. Tərtib edilmiş akt və protokollara əsasən təbiətə dəymiş
ziyan 136100,16 manat məbləğində müəyyən olunub, inzibati qaydada
167630 manat cərimə tətbiq edilib. 29 iş hüquq mühafizə
orqanlarına, 142 iş aidiyyəti üzrə rayon məhkəmələrinə və icra
bölmələrinə göndərilib.

Ötən il xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq
təsərrüfatlarında ov edən şəxslərə qarşı 45 akt və 50 protokol
tərtib edilərək onlardan 42 ədəd ov silahı və 271 ədəd patron
götürülüb, həmin şəxslərə qarşı 46730 manat məbləğində cərimə və
1864,5 manat məbləğində iddia tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp