“Qəbələ”dən əzmkar qələbə – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start
verilib.

Publika.az xəbər verir ki, turun açılış
oyununda “Qəbələ” ilə “Zirə” komandaları üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan
sahiblərinin qələbəsi ilə yekunlaşıb. Hərçənd hesabı 39-cu dəqiqədə
“Zirə”nin yeni transferi Aleksandr Dedov açıb. Lakin fasilədən
sonra meydan sahibləri hesabı öz xeyirlərinə dəyişməyə müvəffəq
olublar. 55-ci dəqiqədə Stiven Monroz, 64-cü dəqiqədə isə Baqali
Dabo fərqlənib. Beləliklə, “Qəbələ” 2:1 hesablı qələbə sayəsində
xallarını 35-ə çatdıraraq 2-ci pillədə möhkəmlənib. “Zirə” isə 31
xalla 3-cü pillədə qalıb. Digər tərəfdən, Dabo qollarının sayını
10-a çatdıraraq bombardirlər siyahısında liderliyini
möhkəmləndirib.

Qeyd edək ki, günün digər oyunu saat 18:30-da başlanacaq.
“Kapital Bank Arena”da “Sumqayıt”la “Neftçi” komandaları üz-üzə
gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp