Ötən gün ölkə ərazisində 106 cinayət faktı qeydə alındı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən
gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti
izlər”lə açılıb.
DİN-dən Publika.az-a verilən məlumata görə,
axtarışda olduğuna görə 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş
verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13
fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.