Mingəçevirdə yol qəzası – Xəsarət alanlar var
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən
yol qəzası baş verib.
Publika.az xəbər verir ki, şəhərin Samux küçəsi
ilə hərəkətdə olan “VAZ-21099” markalı maşın “VAZ-21010” ilə
toqquşub.
Nəticədə biri gənc, digəri yaşlı şəxs olmaqla iki nəfər müxtəlif
dərəcəli bədən xəsarətləri alıb. Qəzada başı yarılan gənc həkim
yardımından imtina edib. Digər yaralı – “VAZ-21010”nun 1960-cı il
təvəllüdlü sürücüsü Mirzəyev Rafiq Məhəmməd oğlu xəstəxanaya
yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (report)