Mingəçevirdə BƏDBƏXT HADİSƏ: 9 yaşlı güləşçinin…
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Mingəçevirdə 9 yaşlı güləşçi məşq zamanı ciddi xəsarət
alıb.
“Report” xəbər verir ki, hadisə şəhər stadionunda fəaliyyət
göstərən güləş zalında baş verib.
2009-cu il təvəllüdlü Atakişiyev Ümid Bilal oğlu məşq zamanı
fənd işlədərkən baş nahiyəsi ehtiyatsızlıqdan zalın divarına dəyib.
Nəticədə başı yarılan uşaq xəstəxanaya yerləşdirilib.