“Mehmetcik” son zərbəni vurmaq üçün strateji QƏLƏBƏ QAZANDI
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Türkiyə Silahlı Qüvvələri və Azad Suruya Ordusu (ASO)
Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatının
28-ci günündə Afrinin qərbindəki iki strateji əhəmiyyətli kəndi PYD
terrorçularından təmizləyib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bununla da,
Afrinın qarşısındakı 65 nöqtədə nəzarət təmin olunub.
Döyüşlərin Afrin şəhəri üçün qapı hesab olunan Cinderes
bölgəsində şiddətləndiyi bildirilir. Məlumata görə, yanvarın 20-də
başlayan əməliyyatın gedişatında bu günə qədər 1551 terrorçu məhv
edilib.
Ömər Dağlı