Keçmişi Trampdan əl çəkmir – Xəyanət İDDİASI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Tramp cütlüyü arasında qalmaqal böyüyür. Bu dəfə isə
səbəb ABŞ prezidenti Donald Trampın illər əvvəl həyat yoldaşına
xəyanət etməsi ilə bağlı yayılan məlumatlardır.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, Melaniya Trampla həyat yoldaşı arasında gərginlik davam
edir.

Buna görə də o növbəti dəfə təyyarədən enəndə həyat yoldaşının
əlini tutmaqdan imtina edib. D.Tramp onun əlini tutmağa çalışsa da,
Melaniya çətinliklə də olsa əlini ondan “xilas edib”. Tramp
Melaniyanın ancaq bir barmağını tuta bilib.

Cütlüyün münasibətlərinin pozulmasının səbəbi son dövrlər erotik
filmlərin ulduzu olan Stormi Danielslə gizli eşq macərası ilə
gündəmə gəlməsidir.

Məlumata görə, D.Trampın vəkili Mişel D.Cohen Danielsin susması
üçün ona 130 min dollar verdiyini açıqlamasından sonra, S.Daniels
Tramp ilə keçirdiyi gecə haqqında danışmağa hazır olduğunu
deyib.

İddiaya görə D.Tramp oğlu Barronun doğulmundan bir müddət sonra
S.Danielslə münasibətdə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp