İsrailin müdafiə naziri erməni deputatları NOKAUT ETDİ: “Qarabağı…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistan-İsrail parlamentlərarası dostluq qrupunun
nümayəndə heyətinin Təl-Əvivə səfəri uğursuz başa çatıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki,
dostluq qrupunun həmsədri, hakim Respublika Partiyasından olan
deputat Qaqik Minasyan İsrailin onları anlayışla qarşılamamasından
şikayətlənib.

Belə ki, qrupun mətbuat konfransı zamanı İsrailin müdafiə naziri
Aviqdor Liberman erməni deputatların Qarabağ haqda sualını
cavablandırarkən, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini
bəyan edib.

“İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və erməni hərbi
birləşmələrinin Dağlıq Qarabağı işğal etməsinə qarşıdır”, – deyən
Liberman erməni deputatlara sərt reaksiya verib.

Qeyd edək ki, İsrail parlamentinin (Knesset) qondarma “erməni
soyqırımı”nı tanımaması da Ermənistan nümayəndə heyətinin arzusunu
gözündə qoyub.

Asif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp