“İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Azərbaycanda prezidentliyə namizədliklərin irəli
sürülməsi prosesi davam edir”.

Publika.az APA-ya istinadən xəbər verir ki,
bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu
gün keçirilən iclasda deyib.

MSK sədri bildirib ki, indiyədək 13 nəfər namizədliyini irəli
sürüb və onlardan 7-sinin namizədliyi siyasi partiyalardan, birinin
namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Daha 4 nəfər
namizədliyi fərdi qaydada irəli sürüb.

M. Pənahov qeyd edib ki, 12 nəfərin namizədliyinin irəli
sürülməsi MSK tərəfindən təsdiq olunub, bir nəfərin namizədliyinin
təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında
baxılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp