Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partladı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Gürcüstanın Kaxeti bölgəsində Telavi-Qombori magistral
yolunda SOCAR şirkətinə məxsus benzin daşıyan maşın qəzaya
uğrayıb.

Maşın yol kənarına çıxıb və daha sonra güclü partlayış baş
verib. Sürücü avtomobili vaxtında tərk edə bilib. İnsident zamanı
xəsarət alan olmayıb.

Qəza nəticəsində maşında olan 23 tona yaxın benzin ətrafa
dağılıb.

Ətraf mühitə nəzarət departamenti dəymiş ziyanın həcmini müəyyən
edəcək. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp