Bu telefonlar ətrafa ÖLÜM SAÇIR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yeni nəsil telefonlar arasında bəziləri normadan çox
radiasiya yayır. Bu telefonların yaydığı radiasiyanın insan
sağlamlığı üçün zərərləri mübahisə mövzusudur. Lakin Almaniyanın
Nüvə Təhlükəsizlik Radiasiyadan Mühafizə Ofisi ən çox radiasiya
yayan telefon modellərini açıqlayıb.

Publika.az xəbər verir ki, araşdırmada yeni
nəsil telefonlar arasında yaydıqları radiasiyanın səviyyəsi
ölçülüb.

Qurumun saytında yer alan məqalədə həm köhnə, həm də yeni nəsil
telefonlarda radiasiyanın olması ilə bağlı məlumat yer alıb.

“Spesifik enerji yayma sürəti” verilən ölçü telefonların
kiloqramına görə istifadə etdiyi enerji dəyərini hesablayır. Ətraf
mühit mühafizəçiləri telefonların 0.60 vattdan (Vt) aşağı radiasiya
yaymalı olduğunu bildirir.

Bəs ən çox radiasiya yayan telefonlar hansılardır?

1. Ən çox radiasiya yayan telefon Çin
istehsalçısı OnePlus tərəfindən hazırlanan 5T yeni nəsil
telefonlarıdır. Onların ətrafa yaydığı radiasiya 1.68 Vt-dır

2. İkinci yerdə daha bir Çin istehsalçısı
“Hauvei” in Mate9 adlı telefonudur. Onun ətrafa yaydığı radiasiya
1.64Vt-dır.

3. Üçüncü yerdə Nokia Lumia 630-dur, o ətrafa
1.51Vt radiasiya yayır.

4. Dördüncü yerdə isə ətrafa 1.48 Vt radiasiya
yayan Hauvei P9 Plus-dur.

5. Hauvei GX8 1.44 Vt

6. Hauvei P91.43 vt

7. Hauvei Nova Plus 1.41 VT

8. One Plus 5 telefonları 1.39 VT

9. Hauvei P9 lite 1.38 VT

10. Əpl Ayfon7 1.38 VT

11. Soni XperiaZ1 1.32 VT

12. Əpl Ayfon8 1.32VT

13 .ZTE AXOn7 mini 1.29 VT

14. Bləkberri DTEK60 1.28 VT

15. Əpl Ayfon 7Plus 1.24 VT

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp