Bakıda qadını doğrayaraq zibil qutusuna atan şəxs saxlanıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Daxili İşlər Nazirliyi (DİN) paytaxtdakı qətl hadisəsi
ilə bağlı məlumat yayıb.
Publika.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə,
fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu ərazisində məişət
tullantıları qutusunda hissələrə bölünmüş qadın meyiti tapılıb.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə
həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun
Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın
12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina
Qorlova tərəfindən küt alətlə qətlə yetirilib balta ilə hissələrə
bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması
müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova
tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam
etdirilir.