Azərbaycanda qeyri-adi balıq tutuldu – Həm üzür, həm də sürünür



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İllərdir balıqçılıqla məşğul olan Sabirabadın Moranlı
kənd sakini Zaur Məmmədovun balıqçı tilovuna bu səfər qeyri-adi
balıq düşüb. Bu balıq, necə deyərlər balıqdan çox, ilana
bənzəyir.

Publika.az xezerxeber.az-a istinadən bildirir
ki, həm üzə bilir, həm də quruda sürünür. Bu qeyri-adi balıq
görənlərin təəccübünə səbəb olub.

Sabirabad rayonunun Moranlı kəndində uzun illərdir balıqçılıqla
məşğul olan Zaur Məmmədovun tilovuna bu dəfə onun özünün də
marağını çəkən balıq düşüb. Çünki bu, balıqdan çox ilana
bənzəyir.

Qeyri-adi görünüşü ilə hər kəsi heyrətləndirən bu balıq suda
üzməklə yanaşı, həm də ilan kimi quruda sürünür. Görünüşü ilə
ilanbalığına oxşasa da, quruda hərəkət etməsi onun ilanbalığından
çox, ilana bənzədiyini göstərir..

Kənd sakinləri balığın növünü müəyyənləşdirmək üçün zoologiyaya
dair kitabları araşdıraraq həmin balığın adını da tapıblar.. Məlum
olub ki, naməlum görünüşə malik olan bu sürünən balığın adı
“angevilla”dır və əsasən okean sularında yaşayır.

Məsələ ilə bağlı Zoologiya İnstitutundan Xəzər Xəbər-ə
bildirdilər ki, bu balıq dünyada özünəməxsus ləzzətli dadı ilə
seçilən çay angeviliyasıdır. Bu balıqlar Xəzər dənizinə əsasən
Volqa kanalı açılandan sonra gəlməyə başlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp