Azərbaycanda 2 ayın gəlin yoxa çıxdı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Onun harda
olması barədə 8 gündür ki, heç bir məlumat yoxdur. Gəlinin ailəsi
isə səbirsizliklə onun tapılacagı günü gözləyir.

Publika.az “Xəzər TV”yə istinadən xəbər verir
ki, 2 ayın gəlini evi tərk edib. Göygöl rayonunun Mollacəlilli
kəndində 20 yaşlı Asiya Ağakişiyeva düz 8 gündür ki, axtarılır.
Qaynatası bildirib ki, gəlinini fen almaq üçün mağazaya aparıb,
sonradan isə onun həmin yerdən bir taksiylə uzaqlaşdıgını
görüb.

Gəlinin qaynanası bildirib ki, Asiya oğlu Royal Bayramovla öz
istəyi ilə ailə qurub. Evi tərk edənə qədərsə münasibətlərində heç
bir problem olmayıb.

Elə qızın valideyinləri də məsələnin hansı səbəbdən baş
verdiyini bilmir.

Ailə itən gəlin üçün çox böyük narahatçılıq keçirir. Qaynatası
hətta onun tapılmasına kömək edəcək şəxsə mükafat da vəd edib.

Qeyd edək ki, məsələ ilə baglı Göygöl rayonu hüquq-mühafizə
orqanlarına da müraciət edilib, araşdırılma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp