Azərbaycan neftinin qiyməti 65 dolları ötdü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti fevralın 15-də 65,27
dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan
göstəricidən 0,57 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin
neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti fevralın 15-də 64,65 dollar/barel təşkil edib ki,
bu da əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın
15-də 60,26 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə,
əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti isə fevralın 15-də 63,02 dollar/barel təşkil edib. Bu,
əvvəlki qiymətdən 0,55 dollar/barel çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp