Yaxın 2 ildə Azərbaycanda enerji tarifləri dəyişməyəcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“2018-2019-cu illərdə Azərbaycanda elektrik enerjisi
tarifləri dəyişməyəcək”.

Bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi
“Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd
olunub.

Bildirilir ki, qaz və mazut qiymətlərinin artımını kompensasiya
etmək üçün 2016-cı ilin dekabrında Tarif Şurasının qərarı ilə
“Azərenerji”nin tarifləri 33% artıb. “Bələ bir addımın iqtisadi və
sosial nəticələrini nəzərə alaraq yaxın iki ildə tariflərin
dəyişməyəcəyini düşünürük,” – deyə məlumatda bildirilir.

Agentliyin mütəxəssisləri qeyd edir ki, “Azərenerji”nin
əməliyyat fəaliyyəti mənfəətlə nəticələnəcək. Buna baxmayaraq,
dövlət tərəfindən əsaslı kapital xərcləri maliyyələşdirilməsə,
2018-ci ildən şirkətə pul axını zəifləyəcək. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp