YAP imzatoplama kampaniyasına start verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan
Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham
Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün imzatoplama
kampaniyasına start verilib.

YAP-dan Publika.az-a verilən məlumata görə,
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, siyasi partiya
prezidentliyə irəli sürdüyü namizədin müdafiəsi üçün 40 mindən az
olmayan sayda seçici imzası toplamalıdır. Qanuna görə, 60-dan az
olamayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza
toplanmalıdır. Lakin Yeni Azərbaycan Partiyası öz ənənəsinə uyğun
olaraq, mövcud 125 dairənin hər birinin ərazisindən tələb edilən
sayda imza toplamağı planlaşdırıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral
ayının 8-də VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin
11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin Azərbaycan
Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi
barədə yekdilliklə qərar qəbul edilib.

Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il
aprelin 11-nə təyin edilmiş seçkilərdə namizədliyi Yeni Azərbaycan
Partiyası tərəfindən irəli sürülən İlham Əliyevin namizədliyi
təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp