Xalq artistləri Zərnigar Ağakişiyevanın qəbri önündə



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xalq artistləri Məleykə Əsədova, Sənubər İsgəndərli,
Firəngiz Mütəllimova, Valeh Kərimov, Nurəddin Mehdixanlı, Hacı
İsmayılov, Əməkdar artist Vəfa Zeynalova və başqaları Zərnigar
Ağakişiyevanın qərbini ziyarət edib.

Publika.az xəbər verir ki, mərhumun sənət
yoldaşları Qubaya yola düşüb, məzarın üstünə gül dəstələri
qoyublar. Bu barədə Məleykə Əsədova sosial şəbəkədə məlumat
verib:

“Zərnigar xanımın 1-ci cümə axşamına getdik. Teatr kollektivi
ilə birlikdə Qubada Zərnigar xanımın məzarını ziyarət edib, ruhuna
dualar oxuduq. Allah rəhmət etsin! İllər keçsə də, hər zaman
yaşayacaqsınız”.

Xatırladaq ki, aktrisanın cəsədi bir neçə gün əvvəl Bakıda
yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp