Xalq Artisti Emin Sabitoğlu haqqında yeni kitab nəşr olundu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli
bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun həyat və yaradıcılığına
həsr edilən kitab nəşr olunub.

Nazirlikdən Publika.az-a bildirilib ki,
sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudovanın
ərsəyə gətirdiyi kitabda bəstəkarın həyat və yaradıcılığının əsas
istiqamətləri, musiqili səhnə, simfonik əsərləri, kinofilmlərə
yazdığı musiqilər və mahnılar əks olunub.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap
edilən kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və
aidiyyəti müəssisələrə paylanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp