Virtual ATS xidməti istifadəyə verildi – İLK



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan rabitə bazarının lider mobil operatoru
Azercell Telekom MMC 4,5 milyonluq abunəçi ailəsi üçün daha bir
unikal və yeni xidməti istifadəyə verib. Fevralın 15-də Bulvar
Otelde baş tutan xidmətin təqdimat mərasimində şirkət rəhbərliyi və
Azercellin 250 korporativ müştərisi iştirak edib.

Mərasimdə məhsulun Demo versiyasi nümayiş etdirilib və xidmətlə
bağlı bütün suallar cavablandırılıb. Bildirilib ki, ölkəmizdə ilk
dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni
səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar
üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və
reklam kampaniyaları keçirilən zaman çoxkanallı “qaynar xətt”-in
qurulmasına nail ola biləcəklər.

Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng,
zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarlarla
bizneslərə eksklüsiv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə
qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə
avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.

Virtual ATS xidməti mövcud olan mobil və stasionar telefonları
ümumi şəbəkəyə birləşdirməyə imkan yaradır. Bu xidmət ilə
istifadəçi daxil olan zəngləri qəbul etmək və paylamaq üçün vahid
çoxkanallı nömrə əldə edir. Yeni xidmət mövcud və potensial
müştərilərlə ünsiyyəti asanlaşdırır, həmçinin şirkətin ofisləri və
bölmələri arasında rabitənin effektivliyini artırır.

Bir sözlə, Virtual ATS biznesinizi genişləndirən zaman və ya yeni
bir ofisə keçdiyinizdə əvəzsizdir. Həmçinin bu xidmət adi telefon
stansiyasının qoşulması çətin olduğunda və ya əlavə xərc tələb
etdiyində zəruri olacaq. Virtual ATS xidmətin üstünlüklərinə
gəldikdə isə

– Mini ATS və əlavə avadanlıq almaq tələb olunmur
– Şirkət nömrəsi bütün ofis və filialları üçün eyni olacaq

Azercell mobil ehtiyaclarınıza uyğun olaraq, sizə “Standart” və
“Premium” Mobil ATS paketlərini də təqdim edir.

Xidmət haqqında ətraflı məlumat almaq və xidmətə qoşulmaq üçün
destek@azercell.com ünvanına istək göndərə və Korporativ Müştəri
Xidmətləri Mərkəzinin 24/7 rejimində işləyən *6050 nömrəsinə zəng
edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp