Türkiyənin “S-400” kompleksləri alması sanksiyalarla qarşılaşa bilər
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert
bildirib ki, əgər Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi
sistemlərini əldə etməsi sanksiyalarla qarşılaşmasa, o, bundan
təəccüblənəcək.
Publika.az xəbər verir ki, Nauert bu
müqavilənin NATO razılaşmasını poza biləcəyini bildirib.
“Biz sanksiyaların tətbiqini qabaqcadan xəbər vermirik, amma
əgər gələcəkdə sanksiyalar tətbiq edilməsə, bu məni
təəccübləndirəcək”, deyə – Nauert qeyd edib.
Qeyd edək ki, Türkiyə Rusiyadan növbəti dəfə “S-400” zenit-raket
kompleksi alacaq. İki ölkə arasında imzalanan müqaviləyə görə,
rəsmi Moskva Türkiyəyə satdığı bu sistemin ilk partiyasını 2020-ci
ildə təhvil verəcək.
ABŞ rəsmisi “İncirlik” hərbi bazasından istifadə üçün Türkiyə
tərəfdən hər hansı maneənin olmadığını da deyib. “Türkiyə İŞİD-ə
qarşı koalisiyanın bir parçası və NATO-dakı müttəfiqimizdir.
İncirlikdən əməliyyatlarımızı davam etdiririk”, – deyə Dövlət
Departamentinin rəsmisi vurğulayıb. (report)